Azərbaycan R-da karantin rejimi uzadılıb
https://azeri.sahartv.ir/news/Özəl-i360729-azərbaycan_r_da_karantin_rejimi_uzadılıb
Azərbaycan Respublikası nazirlər kabinetinin koronavirusla mübarizə üzrə operativ qərargahı dünən bildirib ki, bu ölkə boyu xüsusi karantin rejimi mayın 4-dək uzadılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2020 15:25 Asia/Baku
  • Azərbaycan R-da karantin rejimi uzadılıb
    Azərbaycan R-da karantin rejimi uzadılıb

Azərbaycan Respublikası nazirlər kabinetinin koronavirusla mübarizə üzrə operativ qərargahı dünən bildirib ki, bu ölkə boyu xüsusi karantin rejimi mayın 4-dək uzadılıb.

Azərbaycan Respublikası hökuməti koronavirusun qarşısını almaq məqsədilə aprelin beşindən bu ölkədə ümumölkə karantin rejimini icraya qoyub.

Bu rejimin ilk etapı bazar ertəsi günü başa çatır.

Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 1373 nəfər elan olunubdur.

İndiyədək yoluxanlardan 509 nəfər müalicə olunub, 18 nəfər də həyatını itiribdir.