Apr 20, 2020 17:44 Asia/Baku
  • İranda koronavirusun diaqnozu üzrə sınaq şüşəsi iri həcmdə istehsal olunur

İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti bildirib ki, İranda qan analizi vasitəsilə koronavirusun diaqnozu üzrə sınaq şüşəsi iri həcmdə istehsal mərhələsinə çatıb. O, deyib: Hər gün bu cür sınaq şüşələrindən bir milyon ədəd istehsal edə bilərik.

Surena Səttari dünən gecə İranın ikinci telekanalının xüsusi xəbər dialoqu verilişində startap şirkətlərin koronavirusla mübarizə sahəsindəki nailiyyətləri haqqında sonra belə söyləyib: Startap şirkətlərin müxtəlif xəstəxana ləvazimatlarının istehsalı sahəsindəki səyləri ilə daha bu avadanlıqların idxalatına ehtiyac yoxdur.

Son günlər əsas əmtəə mallarına və hətta dərman və tibb ləvazimatlarına şamil olan ABŞ-ın birtərəfli və zalımcasına sanksiyaları İran xalqı, xüsusən koronavirus xəstələri üçün bir çox problemin yaranmasına bais olubdur.

Bununla belə, iranlı alimlər koronavirusla mübarizə üçün daxili gücə söykənərək, ölkəyə lazım olan tibb ləvazimatlarını istehsal edə biliblər.

İRANDA COVID-19 DİAQNOZU ÜZRƏ SINAQ ŞÜŞƏLƏRİ İSTEHSAL OLUNUR

Teqlər