Apr 22, 2020 21:15 Asia/Baku
  • İran və Naxçıvan arasında enerji əməkdaşlıqları araşdırılıb

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyid Əhməd Hüseyninin Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov ilə görüşündə energetika sahəsindəki əməkdaşlıqlar araşdırılıb.

İRNA-nın verdiyi məlumata görə, görüşdə İİR-nin NMR-dəki baş konsulu region ölkələrinin əməkdaşlıqlarında enerji sektorunun xüsusi əhəmiyyətinə toxunaraq İranın bu sahədə qonşu ölkələrin ehtiyaclarını təmin etməkdəki potensiallarını xatırladıb. 

Görüşdə Behruz Əzimov da enerji bazarındakı son qeyri-stabil duruma toxunaraq bu durumun xüsusi əhəmiyyətini vurğulayıb və müxtəlif ölkələrin iqtisadi fəaliyyətinə buraxacağı dərin təsirlərdən danışıb. 

Görüşdə post korona dövründə qarşılıqlı əməkdaşlıq zəminlərinin daha artıq qiymətləndiriləcəyi vurğulanıb. 

Teqlər

Şərhlər