Şəfqət işçiləri Ağ Ev qarşısında aksiya keçiriblər
Amerikalı şəfqət işçiləri qorucuyu vasitələrin çatışmazlığına və Trampın koronavirus pandemiyasına məhəl qoymadan iqtisadi fəaliyyətlərin bərpası barədəki qərarına etiraz olaraq, Ağ Ev qarşısında aksiya keçiriblər.
Çərşənbə axşamı günü Amerikada şəfqət işçilərinin ən mühüm qurumlarından olan «Şəfqət işçiləri birliyi»nin çağırışı ilə keçirilən bu aksiyada COVID-19 nəticəsində həyatını itirmiş şəfqət işçilərinin adları Ağ Ev qarşısında oxunubur.
Amerikada profilaktika və xəstəliklərə nəzarət mərkəzinin bildirdiyinə görə, bu ölkənin səhiyyə, müalicə və şəfqət işçilərindən 9 mindən çox insan COVID-19-a yoluxubdur.
Amerikada «Şəfqət işçiləri birliyi» bu məsələni xəstəxanalarda qoruyucu vasitələrin çatışmazlığı ilə əlaqəli bilibdir.
Amerikada Cons Hopkins Universiteti çərşənbə axşamı günü səhər bildirib ki, ötən sutka ərzində bu ölkədə min 681 nəfər koronavirusa yoluxma nəticəsində həyatını itirib.
Amerikada koronavirusa yoluxmadan irəli gələn ölüm halının sayı indiyədək 43 min 500 nəfər olub. Dünya ölkələri arasında koronavirusa yoluxma və bu xəstəlikdən ölüm halı üzrə ən yüksək göstərici Amerikada qeydə alınıb.
Amerikada koronavirusa yoluxanların sayı 802 min nəfəri keçibdir.
ŞƏFQƏT İŞÇİLƏRİ AĞ EV ÖNÜNDƏ AKSİYA KEÇİRİBLƏR