Apr 23, 2020 15:39 Asia/Baku
  • Türkiyədə dördgünlük komendant saatı

Türkiyə mübarək Ramazan ayının başlanması ilə bir zamanda koronovirusla mübarizə üçün dörd gün komendant saatı elan edib.

Ankara bildirib ki, koronovirusla mübarizə üçün çərşənbə günü gecə yarısından gələn həftənin bazar günü gecə yarısınadək- 4 gün müddətinə, bütün Türkiyədə komendant saatı bərqərar edilibdir.

Türkiyənin daxili işlər nazirliyi bu ölkənin bütün 31 vilayətinə bildiribdir ki, bu müddətdə yalnız çörəkçilər, xəstəxanalar, apteklər, həmçinin dərman və tibb ləvazimatları istehsal edən məkanlar açıq olacaqdır.

Cümə günü Türkiyədə Ramazan ayının ilk günü elan olunub. Belə bir halda, Türkiyənin daxili işlər nazirliyi bildirib ki, Ramazan ayının başlanmasına görə, cümə axşamı və cümə günləri qida maddələri üzrə satış mərkəzləri səhər saat 9-dan günorta saat ikiyədək işləyəcəklər. Amma şənbə və bazar günləri isə bu mərkəzlər bağlı olacaqlar.

Həftəsonu tətillərdə komendant saatı ilk dəfə olaraq iki həftə bundan öncə Türkiyədə elan edildi və nizam-intizamslızlığa və toqquşmalara səbəb oldu. Nəticədə daxili işlər naziri Süleyman Soylu istefa verdi. Lakin Türkiyə prezidenti onun istefasını qəbul etmədi.

Ötən şənbə və bazar günlərindəki komendant saatları bu həftə dörd günə artırılıbdır.

Türkiyədə indiyədək 98 min 674 koronavirus halı qeydə alınıb və onlardan 2 min 376 nəfər vəfat edibdir.

TÜRKİYƏDƏ DÖRGÜNLÜK KOMENDANT SAATI BƏRQƏRAR EDİLİB

Teqlər