«Nur» peykinin buraxılması beynəlxalq bir gücün formalaşmasının başlanğıcıdır
Apr 23, 2020 17:48 Asia/Baku
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı «Nur» süni peykinin uğurlu atışını beynəlxalq bir gücün formalaşmasının başlanğıcı adlandırıb.
«Nur» süni peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi dünən səhər Sepah vasitəsilə İranın mərkəzi səhrasından çoxetaplı «Qasid» peykdaşıyıcısından atılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami «Nur» süni peykinin uğurlu atışından sonra öz qeydlərində belə yazıb: Bu gün göydən yerə baxırıq və bu hadisə beynəlxalq bir gücün formalaşmasının başlanğıcıdır.
General-mayor Səlami bu böyük nailiyyət və uğur yolunun davam etdirilməsinə təkid edib.
DÜNYADA BEYNƏLXALQ BİR GÜC FORMALAŞMAQDADIR