Apr 26, 2020 20:04 Asia/Baku
  • QH-yə üzv ölkələrin başçıları COVID-19-la mübarizə tərzini araşdıracaqlar

Azərbaycan Respublikası prezident aparatının xarici siyasət şöbəsinin müdiri deyib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçıları aprelin 29-da keçirəcəkləri onlayn görüşdə COVID-19-la mübarizə yollarını araşdıracaqlar.

Hikmət Hacıyev sonra söyləyib: Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının onlayn görüşü bu hərəkatın dövri sədri olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə təmas qrupu formasında keçiriləcək.

Hacıyevin sözlərinə görə, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi və beynəlxalq orqanlar və ölkələrin bu virusla mübarizə üzrə səyləri xüsusi önəmə malikdir və Qoşulmama Hərəkatına üzv ölkələr əksəriyyət səslə Azərbaycan Respublikası prezidentinin bu təşəbəssünə dəstək veriblər.

Azərbaycan Respublikası prezident aparatının xarici siyasət şöbəsinin müdiri sonra deyib: 120 ölkənin Qoşulmama Hərəkatına üzv olmasına görə, üzv ölkələrin dövlət başçılarının onlayn görüşü təmas qrupu formasında və regional coğrafi nümayəndəlik prinsipinə əsasən keçiriləcək və bəzi beynəlxalq orqanların, o cümlədən BMT, Afrika İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının məsul şəxsləri də ona qatılacaqlar.

QOŞULMAMA HƏRƏKATININ ONLAYN SAMMİTİ KEÇİRİLƏCƏK

Teqlər