Apr 27, 2020 22:15 Asia/Baku

BMT sözçüsü koronavirus böhranının dünyadakı nəticələri haqda xəbərdarlıq edərək, onu bu beynəlxalq orqanın təsisindən bəri ən böyük problem adlandırıb.

BMT sözçüsü Melissa Fleminq Almaniyanın ZDF telekanalı ilə müsahibədə koronavirus böhranının nəticələrini BMT-nin 75 illik dövründə bu təşkilat üçün ən böyük problem adlandırıb və belə deyib: İnkişaf etməkdə olan ölkələrdə və əlbəttə, varlı ölkələrdə yoxsulluğun kəskin tərzdə artması və mühacirət böhranının şiddətlənməsilə üzlələşəcəyik.

Melissa Fleminq həmçinin «Bu böhran dünyada daha çox toqquşma və savaşın baş verməsilə nəticələnə bilər?» sualının cavabında deyib: Tarixə nəzər salanda görürük ki, belə bir ehtimal mövcuddur.

BMT mətbuat katibi söyləyib: Aclıq faciəsi formalaşmaqdadır.

BMT KORONAVİRUSUN NƏTİCƏLƏRİ HAQDA XƏBƏRDARLIQ EDİB

Teqlər