İranda təqribən 71 min koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/Özəl-i361091-İranda_təqribən_71_min_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 70 min 933 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 18:27 Asia/Baku
  • İranda təqribən 71 min koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 70 min 933 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 991 yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 91 min 472 nəfər COVID-19-a yoluxub.

Cəhanpour sonra deyib: Bu gün 36 gündən sonra COVID-19-a gündəlik yoluxma ilə yeni halların sayı mindən aşağı olubdur.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 96 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 5 min 806 nəfərə çatıbdır.

Dünyada da koronavirusa yoluxanların sayı üç milyon nəfəri ötüb keçibdir. Onlardan azı 207 min nəfər həyatını itirib, 883 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

İRANDA COVID-19-DAN TƏQRİBƏN 71 MİN NƏFƏR SAĞALIB