Tehran vilayəti zəlzələsində 1 nəfər ölüb, 23 nəfər bədən xəsarəti alıb
https://azeri.sahartv.ir/news/Özəl-i361517-tehran_vilayəti_zəlzələsində_1_nəfər_ölüb_23_nəfər_bədən_xəsarəti_alıb
Cümə günü saat 00:48 dəqiqədə Tehran vilayətində Rixter şkalası ilə 5,1 bal gücündə zəlzələ baş verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 08, 2020 10:23 Asia/Baku
  • Tehran vilayəti zəlzələsində 1 nəfər ölüb, 23 nəfər bədən xəsarəti alıb

Cümə günü saat 00:48 dəqiqədə Tehran vilayətində Rixter şkalası ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Tehran Universtitetinin Geofizika İnstitutu bu yeraltı təkanın episentrini Tehran vilayətinin Dəmavənd şəhəri elan edibdir.

Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

Bu yeraltı təkan İranın Mazandaran, Qəzvin və Qum vilayətlərində də hiss olunubdur.

Tehran vilayətinin Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə üzrə sədr müavini cümə günü səhər bu cəmiyyət tərəfindən zəlzələnin baş verdiyi məkana dəyərləndirmə qruplarının göndərildiyini bildirib.

Ebrahim Tacik Nuri Mehr xəbər agentliyi ilə müsahibədə həmçinin bildiribdir ki, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti vəziyyəti dəqiq şəkildə araşdırmaqdadır.

Ölkənin təcili yardım təşkilatının sözçüsü Tehran və Əlborz vilayətlərində bədən xəsarəti alanların sayının 23-ə yüksəlməsindən xəbər verib. Deyib ki, Mazandaran vilayətində indiyədək insan ziyanı və maliyyə xəsarətləri olmayıbdır.

Moctəba Xaledi sonra deyib: Dəmavənd rayonunun Gilavənd bölgəsndə 7 nəfər zəlzələ zamanı qaçarkən bədən xəsarəti alıb və təəssüflər olsun ki, 60 yaşlı bir kişi qaçarkən başından zərbəyə düçar olaraq, həyatını itiribdir.

O, söyləyib: Abəli rayonunda bir, Ləvasan bölməsinin Şemiranat məntəqəsində bir, Tehranda 12, Əlborz vilayətində isə 2 nəfər zəlzələ qorxusundan qaçmağa görə, bədən xəsarəti alıbdır.

TEHRAN VİLAYƏTİNDƏ 5,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB