DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir
https://azeri.sahartv.ir/news/Özəl-i361521-dtx_mədəniyyət_nazirliyində_əməliyyat_keçirir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 10:09 Asia/Baku

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.

SaharAzeri DTX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.