May 11, 2020 13:18 Asia/Baku
  • Bəziləri Bakı ilə Tehran arasında gərginlik yaratmaq ardıncadırlar

Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri deyib ki, bəziləri daima Bakı ilə Tehran arasında gərginlik yaratmağa çalışırlar.

SaharAzeri-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ölkə hökumətilə müxalif olan bəzi mediaların Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» su bəndlərinin inşası layihəsi barədəki məlumatlarına toxunub. Deyib ki, bu respublikada bəziləri iki ölkə münasibətlərinin genişləndirilməsi və inkişaf etdirilməsinə qarşıdırlar və bu istiqamətdə sabotaj törədirlər.

Azərbaycan Respublikası hökumətilə müxalif olan bəzi medialar son vaxtlar Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» su bəndlərinin inşası layihəsi barədə bu ölkə ilə İran arasında imzalanmış müqavilə ilə bağlı iddia ediblər ki, rəsmi Bakı İran tərəfindən Araz çayı üzərində iki körpünün salınması ilə razılaşıb və Tehran bu körpülərdən Qarabağ bölgəsindəki separatçı qrupa kömək üçün istifadə edir.

Bu medialar həmçinin iddia ediblər ki, İran tərəfindən Araz çayı üzərində salınan bu 2 su bəndi gələcəkdə Azərbaycan Respublikasının sərhəd kəndlərinin yaxınlığında daşqının baş verməsinə gətirib çıxara bilər.

Şəfiyev «Haqqın.az» saytı ilə müsahibədə bildirib ki, Bakı və Tehran 2016-cı ildə Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» su bəndlərinin inşası barədə müqavilə imzalayıblar. O, deyib: Təəccübləndirici haldır ki, bu müqavilə bir neçə il keçəndən sonra hökumətlə müxalif olan bəzi qüvvələrin diqqətini cəlb edibdir.

BƏZİLƏRİ BAKI İLƏ TEHRAN ARASINDA GƏRGİNLİK ARDINCADIRLAR

Teqlər