İyun 06, 2020 16:21 Asia/Baku
  • Azərbaycanlı politoloq ABŞ-ın dünyadakı nüfuzunu itirdiyini düşünür

Azərbaycanlı politoloq bildirib ki, Amerikada baş verən böhran və nümayişlər bu dövlətin qüvvəsinin gündən-günə azalmasına səbəb olur.

SaharAzeri xəbər verir, Şərq qəzeti ilə müsahibədə siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib: "son günlər ABŞ-da baş verən hadisələr deməyə əsas verir ki, ABŞ koronavirus pandemiyasından ən çox ziyan çəkmiş ölkə olacaq.

Onun sözlərinə görə, artıq bu supergücün siyasətindən yorulan və açıq –gizli ona qarşı düşmənçilik münasibəti bəsləyən ölkələr öz sevinclərini gizlətmirlər. Çünki 2-3 il bundan əvvəl Amerikanın zəifləyərək çoxqütblü dövlətlər cərgəsinə düşəcəyini təsəvvür belə etmək mümkün deyildi. Son hadisələr fonunda isə Amerikanın getdikcə daha çox xaosa bürünməsinin şahidi oluruq.

Politoloq qeyd edib ki, Amerikanın həddən artıq zəifləməsi fonunda onun Yaxın Şərq üzrə müttəfiqləri- İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də ciddi ziyan çəkəcəklər. Bununla yanaşı İsrail rejiminin qəsbkarlıq planları və Fələstin torpaqları hesabına ərazi ambisiyaları da uzun müddətə dondurula bilər. 

 

 

Teqlər

Şərhlər