İyun 26, 2020 15:31 Asia/Baku
  • ABŞ-dan Ermənistana 7,5 milyon dollarlıq yardım

Amerika beynəlxalq inkişaf idarəsi- USAID, Ermənistana 7,5 milyon dollarlıq yardımdan xəbər verib.

SəhərAzəri xəbər verir, Amerika beynəlxalq inkişaf idarəsi- USAID bildirib ki, bu yardımlarda məqsəd, Ermənistanın infrastruktur inkişafına kömək və bu ölkədə özəl sektor yaratmaqdır.

Bu məlumata görə, həmin yardımlarla ikitərəfli müqavilə çərçivəsində Amerikanın ümumi yardımı təqribən 92 milyon dollar olacaqdır.

ABŞ konqresmenləri də Qarabağ bölgəsinin minadan təmizlənməsi üçün 1,5 milyon dolların təqdim edilməsini istəyiblər.

Teqlər

Şərhlər