İyun 27, 2020 13:10 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzə zolağına hücum ediblər

İnformasiya mənbələri dünən gecə sionist rejim qırıcılarının Qəzzə zolağına hücumundan xəbər veriblər.

SəhərAzəri xəbər verir, Hələ bu hücumların ehtimal olunan xəsarətləri barədə bir məlumat yayılmayıbdır.

Bu hücumlar elə bir halda edilibdir ki, informasiya mənbələri az öncə Qəzzə zolağından bu zolağın yaxınlığınd yerləşən sionistsakinli qəsəbələrə tərəf iki raketin atışından xəbər vermişdilər.

Bundan öncə Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-ın hərbi qolu olan Əlqəssam batalyonlarının sözçüsü Əbu Ubəydə ABŞ rəsmilərinin tezliklə Trampın Fələstin üçün nəzərdə tutduğu planın təqdimatının olacağını bildirmələri ilə bir zamanda vurğulayıb ki, fələstinli müqavimət qrupları sionist rejimi qərb sahilini işğal etməkdən peşman edəcəklər.

Sionist rejim öz qəsbkarlıqlarının davamında amerikan-sionist «əsrin sövdələşməsi» planına əsasən və Donald Tramp hökumətinin himayələri ilə iyul ayının əvvəllərində qərb sahilindən daha otuz faizi işğal edilmiş ərazilərə qatmaq niyyətindədir.

Teqlər

Şərhlər