İyun 28, 2020 20:10 Asia/Baku
  • Ruhani:

Koronavirus pandemiyasının dünya iqtisadiyyatının hazırkı vəziyyətinə təsirinə toxunan İran İslam Respublikasının prezidenti deyib: "Sanksiyalara baxmayaraq, İran hökumətinin xarici və ya daxili istiqraza ehtiyacı yoxdur".

SaharAzeri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə üzrə Milli Qərargahının bu günkü iclasında deyib: "İqtisadi təzyiqlər və sanksiyalara məruz qalmayan ölkələr koronavirusun yayılmasından sonra  iqtisadi cəhətdən pis durumla üzləşiblər, misal üçün Britaniyanın bu müddət ərzində borcu 273 milyon funt sterlinq təşkil edibdir.

"Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsi üçün xəstələrdən pul tələb olunduğu bir halda, İranda koronavirus xəstələrinin müalicəsi üçün heç bir vəsait tələb olunmur", -deyə H.Ruhani əlavə edib.

 İran İslam Respublikasının Prezidenti xatırladıb ki, hökumət koronavirus və sanksiyalara rəğmən, bir sıra tədbirlər görməklə , İranın iqtisadi vəziyyətini idarə edə bilibdir.

Teqlər

Şərhlər