İran regiondankənar güclərin Qarabağ böhranının həllinə qarışmamaları vacibliyini vurğulayıb
İran regiondankənar güclərin Qarabağ böhranının həllinə müdaxilə etməmələri vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezident administrasiyasının strateji araşdırmalar mərkəzinin direktoru Azərbaycan Respublikası və Ermənistan səfirləri ilə ayrı-ayrı görüşlərdə regiondankənar güclərin Qarabağ böhranının həllinə qarışmamaları zəruriliyini vurğulayıb.
Azərbaycan Respublikası və Ermənistanın Tehrandakı səfirləri Bünyad Hüseynov və Artaşes Tumanyan iki ölkə arasındakı atəşkəs razılaşmasının icrası ilə bir zamanda İran İslam Respublikası prezident administrasiyasının strateji araşdırmalar mərkəzində olublar. Səfirlər mərkəzin direktoru Hesaməddin Aşena və Qafqaz dairəsi üzrə bir qrup ekspertlə görüşərək, onlarla ikitərəfli və regional əməkdaşlıqların gücləndirilməsi və sülh perspektivi ətrafında danışıblar.
Hesaməddin Aşena həmin görüşlərdə İranın Qarabağ böhranının həllinə regiondankənar güclərin müdaxilə etməmələri zərurəti və tərəfsizliyin qorunması üzrə prinsipial mövqelərinə təkidlə beynəlxalq qanunlara hörmət edilməsi, erməni və azəri tərəflərin atəşkəsə sədaqətləri və bu münaqişəyə son qoyulması istiqamətində həll yolunun axtarışı üzrə səyin göstərillməsini istəyib.
İran İslam Respublikası prezident administrasiyasının strateji araşdırmalar mərkəzinin direktoru atəşkəsə sədaqət və müharibənin törətdiyi xarabalıqların bərpası zərurətinə işarə ilə ümidvarlıq edibdir ki, İran İslam Respublikası qarşılıqlı maraqlar istiqamətində Azərbaycan Respublikası və Ermənistanla ikitərəfli həmkarlıqların dərinləşdirilməsi və sülhün gücləndirilməsinə kömək edə biləcək.
Azərbaycan Respublikası və Ermənistan səfirləri də İranla tarixi-mədəni bağlılıqların önəmini vurğulayaraq, əlaqələrin hərtərəfli inkişafına maraqlı olduqlarını ifadə ediblər.