SEPAH-ın baş komandanının iştirakı ilə şəhid Rudəki adına okean gəmisi istifadəyə verilib
Şəhid Rudəki adına okean gəmisinin İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın dəniz donanmasına təhvil verilməsi mərasimi SEPAH-ın baş komandanı və İranın bir sıra hərbi və milli rəsmilərinin iştirakı ilə ölkənin cənubundakı Bəndər-Abbas şəhərində keçirilib.
SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata əsasən, Şahid Rudəki okean gəmisi ağır, çox məqsədli və uzaq mənzilli bir gəmidir, eyni zamanda müxtəli təyyarə, PUA, raket, Hava Hücumundan Müdafiə və radar sistemlərini daşımaq və istifadə etmək qabiliyyətinə malikdir.
Bu okean gəmisinin 400 ton ağırlığı, 150 metr uzunluğu və 22 metr eni vardır. Həmçinin üç ölçülü mərhələli anten seriyası, yer-yer raketləri, yer-hava raketləri, Elektron müharibə və raket üçün "Sevvom Xordad" adlı ən müasir inteqrasiya olunmuş telekommunikasiya sistemləri, habelə vertolyot, PUA və əməliyyat gəmiləri daşıma qabiliyyətinə malikdir. Bunların hamısı yerli istehsaldır və inqilabçı, peşəkar və mömin gənclər tərəfindən layihələndirilib və hazırlanıb.
Şəhid Rudəki adına ağır, kəşfiyyat, logistika və döyüş gəmisi səyyar bir dəniz şəhəri kimidir ki, bütün imkanlar və təchizatı ilə dəniz qovşaq xətlərinin davamlı təhlükəsizliyini təmin etmək və İran İslam Respublikası və region ölkələrinin balıqçılıq və ticarət donanmasına yardım etmək üçün okean missiyalarını yerinə yetirməyə hazırdır.
Bu ağır okean gəmisinin SEPAH-ın dəniz donmasına əlavə olunması ilə, onun dəniz ürəkli qüvvələri uzaq sularda güclü bir iştirak üçün missiyası bu gündən (cümə axşamı) etibarən başlayıb.