Kabusunuz reallığa çevrilib
https://azeri.sahartv.ir/news/İran-i423160-kabusunuz_reallığa_çevrilib
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf amerikalı general Den Keynə xitabən deyib: "Bir vaxtlar sizin üçün dəhşətli bir kabus olan şey, indi reallığa çevrilib".
(last modified 2026-09-19T15:14:03+00:00 )
Sen 19, 2026 19:11 Asia/Baku
  •  Kabusunuz reallığa çevrilib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf amerikalı general Den Keynə xitabən deyib: "Bir vaxtlar sizin üçün dəhşətli bir kabus olan şey, indi reallığa çevrilib".

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha əvvəl ABŞ Ordusunun aerokosmik və kiberməkan qüvvələrinin konfransında çıxışı zamanı demişdi: "Bundan sonra belə bir fərziyyəni əsas götürməliyik ki, hərbi bölmə və birləşmələrimiz avtonom sistemlər tərəfindən ovlanacaq, bütün tezlik spektri boyunca elektron maneələrlə üzləşəcək və anbəan izlənəcəklər". İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə general Keynə cavab olaraq, öz rəsmi hesabında yazıb: "F-35 və F-15 təyyarələrinizin ovlandığı və sizin onların yalnız zədələndiyini bildirməyə məcbur qaldığınız dövr artıq başlayıb. Bir vaxtlar sadəcə dəhşətli bir kabus olan şey, indi gündəlik reallığa çevrilib. Bununla barışın".