ABŞ-nin Küveytdəki “Ərifcan düşərgəsi” bazasına dəyən ağır ziyanın görüntüləri yayımlanıb
https://azeri.sahartv.ir/news/İran-i423166-abŞ_nin_küveytdəki_Ərifcan_düşərgəsi_bazasına_dəyən_ağır_ziyanın_görüntüləri_yayımlanıb
“Midas News” xəbər portalı İranın ABŞ-nin Küveytdəki bazalarına endirdiyi zərbələr nəticəsində dəymiş ziyanın miqyasını əks etdirən eksklüziv görüntülər yayımlayıb.
(last modified 2026-09-19T15:36:26+00:00 )
Sen 19, 2026 19:29 Asia/Baku
  • ABŞ-nin Küveytdəki “Ərifcan düşərgəsi” bazasına dəyən ağır ziyanın görüntüləri yayımlanıb

“Midas News” xəbər portalı İranın ABŞ-nin Küveytdəki bazalarına endirdiyi zərbələr nəticəsində dəymiş ziyanın miqyasını əks etdirən eksklüziv görüntülər yayımlayıb.

“Midas News” xəbər portal ABŞ-nin Küveyt ərazisində yerləşən bazalarına son hücumun nəticələrini əks etdirən 5 sənədləşdirilmiş görüntü yayımlayaraq zərərin yeni təfərrüatlarını açıqlayıb. Dəqiq araşdırmalar göstərir ki, bu ziyanlar “Ərifcan düşərgəsi” hərbi bazasına aiddir. Görüntülər bazanın strateji hissələrinə, o cümlədən anbarlara və helikopterlərin uçuş-enmə zolaqlarına ciddi ziyan dəydiyini göstərir.Fövqəladə hallar zamanı ABŞ hərbçilərinin təhlükəsiz yerləşdirilməsi üçün nəzərdə tutulmuş möhkəm bunker də hücum zamanı hədəfə alınıb və zərər görüb.Bazadakı çoxmərtəbəli bina və digər dəstək təminatı obyektlər də hücumdan kənarda qalmayıb və dağıntıya məruz qalıblar.