"Tovuz işi" üzrə təqsirləndirilənlərin yaxınları xalqı köməyə çağırıblar.
"Tovuz işi" üzrə təqsirləndirilənlərin ana və bacıları Bakıda yolu kəsərək xalqı köməyə çağırıblar. Artıq Avqustun 6-dan təqsirləndirilən şəxslər onların barəsində çıxarılmış ittiham hökmünə etiraz əlaməti olaraq aclığa başlayıblar
Qeyd edək ki, Tovuz işində təqsirləndirilən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar.
Hazırda Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi davam etdirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsi onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm çıxarıb.
Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və qurama kimi qiymətləndirir.