Səriştəsizlik Azərbaycanı çıxılmaz vəziyyətə düçar edib
Korrupsiya ilə formalaşmış dövlət qurumları və şirkətləri eləcə də onları idarə edən məmurların səmərəsizliyi artıq su idarəçiliyində facilə ilə nəticələnir.
Turan xəbər agentliyi Abşeron bölgəsində qəfildən yaranmış su qıtlığı barədə reportaj dərc edib. Türkan qəsəbəsindəki bağın sahibi Turan-a bildirib ki, qəsəbəyə içməli su həftənin tək günlərində verilir. O, “Azərsu” ASC-yə zəng edib, ona deyiblər ki, su qıtlığı səbəbindən su ancaq tək günlərdə olacaq və bu rejim qeyri-müəyyən müddətə davam edəcək.
Turan Abşeronun digər qəsəbələrinin sakinlərinə zəng edərək öyrənə bilib ki, su təchizatında fasilələr hər yerdə baş verir. Zirədə "ümumiyyətlə su yoxdur", Mərdəkanda "suyu qrafik olmadan istədikləri zaman kəsirlər. Gecələr stabil su yoxdur, gündüzlər sxemi başa düşə bilmirəm, daha doğrusu, sxem yoxdur", - qəsəbə sakini bildirib. Əhmədliyə su bir gündən bir verilir. Binədə gündə üç saat su var.
Azərbaycan Respublikasının bollu qış yağıntılarından sonra və yağıntılı yaz mövsumunə daxil olarkən qəfildən səhralığa çevrilməsi və quraqlıq ölkə halı alması ciddi suallara səbəb olub. Əgər bu, dünyada gedən prossesin tərkib hissəsidirsə nəyə görə öncədən heç bir proqnoz verilməyib və su çatışmazlığı qəfildən ortaya çıxıb? Əgər gözlənilən idisə nəyə görə vaxtında onun fəsadlarının qarşısının alınması üçün lazımı tədbirlər görülməyib?
Turanın hesabatında sonra deyilir: Vətəndaşlar yenidən su çənləri quraşdırmağa və uzun illər istifadə olunmayan su quyularını işə salmağa başlayıblar. Bağ sakinləri ağacları quyulardan suvarmağı məsləhət görürlər, quyusu olmayanlar isə mütəxəssis tutaraq onu qazdırmalıdır. Ancaq əksər hallarda quyulardakı su duzlu olur, və içməyə və suvarmağa yararsızdır.
Duzlu suyun təmizlənməsi üçün isə osmotik (membran) sistemin quraşdırılması lazım gəlir ki, o da üç min manat vəsayit tələb edir.
Beləliklə görünur bir çox sahələrdə öz problemlərini özü həll etməli olan və hər yerdə dövlət qurumlarının səmərəli fəaliyyətinə həsrət qalan Azərbaycan Respublikası vətəndaşlarının dözülməz çətinliklərinə susuzluq da əlavə olub.
Rüşvət mərkəzlərindən biri kimi tanınan “Azərsu” ASC-də öz səriştəsizliyi, ləyaqətsizliyi və korrupsiya yuvası olmasından fikirləri yayındırmaq üçün qəfildən ölkənin susuz qalmasının yeganə səbəbini quraqlıq elan edib. Halbuki Azərbaycan Respublikası ötən qışda bollu yağıntıların şahidi olub, məhz buna görə də talançılıq nəticəsində ölkə boyu su şəbəkələrinin yaradılmaması və lazımlı su layihələrinin həyata keçirilməməsi bu günkü susuzluq probleminin əsas amili hesab oluna bilər.
Turan öz reportajının sonunda “Azərsu” ASC-nin hərhansı səmərəli fəaliyyətdən aciz qaldığına görə ölkə başçısının Almaniya firmaları ilə görüşünu yada salır və İlham Əliyevin ölkənin idarəçilik sahələrində əcnəbilərə müraciət etmək niyyətində olduğunu bildirir.
Beləliklə bəlli olur ki, hamısı dövlət adamlarına aid olan yerli şirkətlər eləcə də Azərbaycan Respublikasının dövlət qurumlarının hər biri korrupsiyanın nəticəsində yarandığı və korrupsiya bataqlığında batdığına görə ölkə çöküb və faciədən qurtarmaq üçün sadəcə su idarəçilyi deyil bütün fəaliyyətləri əcnəbilərə tapşırmaq əsas çıxış yolu kimi gündəmə gəlib.