Apr 09, 2023 19:06 Asia/Baku

Əmir-Abdullahiyan: İxtilafların mövcudluğundan ancaq düşmənlər faydalanır

İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Ceyhun Bayramov iki raundda telefon danışığı zamanı ikitərəfli münasibətlərdə baş verən gərginlik və regional problemlərlə bağlı geniş müzakirələr aparıblar.

Bu səmimi və şəffaf danışıqlarda mövcud problemlər və anlaşılmazlıqlar və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib, fikir mübadiləsi aparılıb, tərəflər arasında mehriban qonşuluğa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət vurğulanıb.

Məlumatda qeyd olunur ki, Əmir-Abdullahiyan sionist rejimin region ölkələrinin birliyi, təhlükəsizliyi və tərəqqisinə qarşı təxribatına toxunaraq deyib: “Region ölkələri arasında ixtilafların mövcudluğundan ancaq düşmənlər faydalanır.”

Söhbət zamanı həmçinin media məkanının iki xalqın və iki ölkənin mənafeyinə uyğun idarə olunmasının zəruriliyi vurğulanıb, anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Bundan əlavə bildirilir ki, ikitərəfli layihələrin həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

 

Teqlər