İyun 11, 2023 17:43 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri son dərəcə mühüm olan nüvə sənayesinin yerliləşməsinə təkid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu gün nüvə sənayesi üzrə məsul şəxslər, ekspertlər və elm adamları ilə görüşdə nüvə irəliləyişlərinin təsirinin xalqın yaşayışında duyulması üzrə hərtərəfli səyə təkidlə bildiriblər ki: Son dərəcə mühüm olan nüvə sənayesinin yerliləşməsi,/ ölkədə ümid və əmək əhval-ruhiyyəsini zəiflətmək və xalqı təhqir etmək niyyətində olan qərbpərəstlərin təhqir olunmaları və Qərbin uğursuzluğunu göstərir.Qərbin/ «İranda nüvə silahının istehsalından qorxu» barədəki iddiasını yalan adlandıran İnqilab Rəhbəri əlavə ediblər: Onların özləri bilirlər ki, biz nüvə silahı ardınca deyilik. Necə ki, Amerikanın kəşfiyyat təşkilatı bir neçə dəfə, o sıradan son aylarda bu gerçəkiliyə etiraf edibdir ki, İranın nüvə silahı düzəltməyə doğru hərəkəti barədə heç bir  əlamət yoxdur.Həzrət Ayətullahuluzma Xamenei istər, nüvə, istərsə də kimyəvi olsun/- kütləvi qırğın silahlarının istehsalını/ İslam dininə zidd adlandırıb və vurğulayıblar: Əgər bu islami əsas olmasaydı və bizim nüvə silahı istehsalı əzmkarlığımız olsaydı, bu işi görmüş olardıq və düşmənlər də bilirlər ki, bizim qarşımızı ala bilməzdilər.İslam İnqilabının Böyük Rəhbəri «İran xalqının inkişafı ilə müxalifət»i/ düşmənlərin nüvə sənayesinə ilişmələrinin əsl səbəbi adlandırıb və deyiblər ki: Bu sənaye, ölkənin və xalqın müxtəlif sahələrdəki diqqətəlayiq irəliləyişlərinin açarıdır. Eyni zamanda, düşmənlər/ digər xalqların/ İran xalqının tərəqqipərvər təfəkkürü və yolundan meyar götürmələrindən qorxurlar.

O həzrət sonra deyiblər: Nüvə tərəfləri və agentlik bu illərdə çox vədlər verdilər ki, həyata keçmədi və biz kimlərə və haralara etimad edib-etməməli olduğumuzu başa düşdük ki, bu məsələ, bir xalq üçün olduqca mühümdür. Eyni zamanda, bu məsələyə diqqətsizliyə görə, çox yerlərdə zərbə almışıq.Həzrət Ayətullahuluzma Xamenei dünyada rəvac tapmış aşağı həcmli elektrik stansiyalarının yaradılması üzərində işi/ zəruri adlandırıb və qeyd ediblər ki, ölkə müxtəlif sektorlarda bu kimi elektrik stansiyalarına ehtiyac duyur.O həzrət İran Atom Enerjisi Təşkilatının/ qarşı tərəflərin zorakı tələbləri və gerçəklikdənuzaq iddialarını qəbul etməməsinə təkidlə vurğulayıblar: Nə zorakı tələbləri qəbul edin,/ nə də ki, «filan vaxt, filan işi görüblər» kimi gerçəklikdənuzaq vaxtaşırı iddiaları./İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə saat yarım müddətinə ölkənin nüvə sənayesinin nailiyyətləri sərgisini nəzərdən keçiriblər.

 

Teqlər