İyul 07, 2023 18:46 Asia/Baku

Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev bu ölkədə 25 yaşından yuxarı boyuk əksəriyyətin oxuduğunu başa düşmədiyini deyib.

“Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür”, bir tədbirdə çıxışı zamanı deyib.

yəni əsas məqsədini anlamır. 2021-ci ildə ölkə əhalinin sayı 10,2 milyon nəfər olub. Bunların 6,6 milyon nəfərinin yaşı 25 və yuxarıdır. Onların da 60%-i təxminən 4 milyon nəfər edir. Nazirə görə bu qədər insan oxuduğunu başa düşmür.

Təhsil nazirinin bu sözü ölkədə təhsilin formal olduğu və insanların hətta yazıb oxumaqda çətinlik çəkdiyinə ehyam da ola bilər. Ancaq bəziləri bu sözü “öz məqsədini anlamamaq” kimi mənalandırır. Belə bir mənaya malik olduğu sürətdə demək nazirə görə Azərbaycan Respublikası xalqının təxminən yarısı nə istədiyini bilmir. Nazirin bu sözləri sosial şəbəkələrdə ciddi reaksiyalara səbəb olub.  Bank üzrə ekspert Samir Əliyev naziri məsuliyyətsizlikdə ittiham edib. “Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Hökumət də deyir ki, ölkədə savadlılıq 100%-ə yaxındır. Belə çıxır ki, nazir təmsil olunduğu hökumətin rəqəmlərini yalana çıxarır”, - deyə Samir Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır" deyib.

 

 

Teqlər