İnqilab Rəhbərinin instaqramdakı səhifəsi silinib
Meta şirkəti dünən gecə instaqramda İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan istifadəçi hesablarını silib.
İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan virtual səhifələrin istifadəçi hesabı bundan öncə də instaqram və tvitter kimi digər platformalarda məhdudiyyətlər və istifadəçi hesablarının götürülməsi ilə üzləşmişdi və ilk dəfə deyildir ki, belə bir əhvalat baş verir.
İran İslam İnqilabının Böyük Rəhbərinin instaqramdakı farsca hesabının beş milyondan çox izləyicisi olub. 200 mindən çox istifadəçi də o həzrətin bu sosial şəbəkədəki səhifəsini ingilis dilində izləyirdi.
Belə bir halda, Meta-nın sözçüsü iddia edibdir ki, İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan istifadəçi hesablarının bağlanmasının səbəbi, “təhlükəli şəxs və təşkilatlar”ın təbliğ edilmələri ilə bağlı qaydaların pozulmasıdır.
Meta hələ İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan istifadəçi hesablarının bağlanmasının səbəbi barədə bir bəyanat yaymayıb
Belə bir halda, ötən illərdə keçmiş tvitter və indiki “X” sosial mediasında və instaqramda İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan istifadəçi hesablarının daimi şəkildə bağlanması istiqamətində addımın atılması fikri dəfələrlə irəli sürülüb.
Tvitter 2022-ci ilin yanvarında İran İslam İnqilabının Böyük Rəhbərinə aid olan istifadəçi hesablarından birini bu sosial mediadan sildi və onun səbəbini, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin keçmiş komandanı- şəhid general-leytenant Qasım Süleymaniyə qarşı terrorun intiqamı olaraq, Amerikanın sabiq prezidenti- Donald Trampın öldürülməsi barədəki animasiya filmi adlandırdı.
Belə bir halda, amerikalılar informasiiyaların sərbəst cərəyan etməsinə o zaman inanırlar ki, bu informasiya cərəyanı onların tamahlarını təmin edə və onları öz məqsədlərinə çatdıra bilmiş olsun, əks halda, amerikan mexanizm hər bir bəhanəyə əl atır ki, onların cinayətlərini ifşa edən və bəyanı,// insanların oyanışına səbəb olan informasiyaların cərəyan etməsinə mane olmuş olsun.
Bu istiqamətdə, Meta-nın sözügedən hərəkətini, Qəzzə əhalisi xüsusiyyət təşkil etməklə, dünyadakı məzlum xalqların hamiləri və Amerikanın ikili siyasətlərinə qarşı çıxan səsləri susdurmaq üzrə səy kimi dəyərləndirmək olar.
Bu cəhətdən, İran İslam İnqilabının Böyük Rəhbərinin dünənki çıxışına işarə etmək olar. O həzrət həmin çıxışda Qəzzə əhalisindən otuz minə yaxın insanın qırğın edilməsi və xəstəxananın bombalanmasının Qərb mədəniyyəti və sivilizasiyasının rüsvayçılığına səbəb olduğunu bildirdi və belə söylədilər: Bu cinayətlərin arxasında Amerikanın siyasi köməkləri, silahları və pulu durur və sionistlərin özləri də etiraf ediblər ki, Amerika silahı olmadan, müharibəni bir gün də olsa belə, davam etdirməyə qadir deyildilər. Deməli, amerikalılar da bu kədərli hadisədə müqəssir olub, məsuliyyət daşıyırlar.