Yırtıcı rejimin məmuru ambisiyalarını gizlətmədi
Smotriç: Nildən Fərata qədər ərazidə yəhudi dövləti qurmalıyıq! – AKTUAL
İsrail rejiminin maliyyə naziri sionistlərin Nildən Fərata qədər olan ərazi iddiasını saxta rejimin təsbit edilmiş planı adlandırıb.
Bezael Smotriç deyib: “Açıq şəkildə bildirməliyəm ki, biz İordaniya və Livanı tam şəkildı, Misir, Suriya, İraq və Səudiyyə Ərəbistanının bir hissəsini əhatə edən bir yəhudi dövləti istəyirik”.
Qeyd edək ki, sionist rejimin parlamenti - Knessetin girişində Nildən Fərat çayına qədər olan ərazini göstərən bir xəritə var. Bu məşhur xəritə 1989-cu ildə Knessetin girişində quraşdırılıb.
Qondarma rejimin yaradılması fikrini irəli sürən məşhur yəhudi hüquqşünas Teodor Hertsel vaxtilə 19-cu ərsin sonlarında “vəd edilmiş torpaqlar”ın Nil və Fərat çayları arasında yeddi ölkəni əhatə etdiyini dilə gətirmişdi. Maraqlıdır ki, bədnam hüquqşünasın fikirlərində Türkiyə ərazilərinin də bir hissəsi yəhud dövlətinə ilhaq olunmalır.
Vəd edilmiş torpağın sərhədləri ilə bağlı İsrail rejiminin 7-ci baş naziri Menaxem Begin elan etmişdi ki, İsrail dövləti Tövratda proqnozlaşdırıldığı kimi İraq, Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Livan, İordaniya və Küveyti əhatə edir.
Beləliklə də göründüyü kimi vəd edilmiş saxta iddia sionistlər üçün qlobal bir layihəyə çevrilmişdir. Bunu bəzi ekspertlər ABŞ-ın Böyük Yaxın Şərq Planının tərkib hissəsi də adlandırır və Birləşmiş Ştatların hazırda İsrail rejiminin bölgədə törətdiyi cinayətlərə total dəstək verməsini sözü gedən planla əlaqədə görürlər. Şübhəsiz ki, müsəlman ölkələrini parçalamaq, onları aciz duruma salmaq amerikalı strateqlərin planlarında xüsusi yer tutur və onların qənaətincə sivilizasiyalar arasındakı qarşıdurmada xristian sivilizasiyasının üstünlüyünü təmin etmək lazımıdr və bunu dolayısı ilə məşhur nəzəriyyəçi Samuel Hantinqton öz məşhur əsərində xarakterizə edib.
O, “Sivilizasiyaların toqquşması” adlı əsərində ən çox İslam və xristianlıq arasındakı fərqləri önə çəkir. Xüsusən, müsəlmanların daha sürətlə artmasını rəhbər tutaraq, bir növ İslam təhlükəsindən bəhs edir və bu prosesin qarşısını almağa çağırır.
Bütün bu faktları nəzərə alaraq qaniçən rejim əslində ABŞ-ın fitvası ilə müsəlmanların qətliamı ilə məşğuldur və Nildən Fərata qədər ərazi iddiasına pərdə arxasında Vaşinqton “xeyir-dua” verir. Beləliklə ABŞ hansısa müsəlman ölkəsini işğalçı İsrail rejiminin əli ilə vurdurur və ya başqa müsəlman ölkəsinə sanksiyalarla xox gəlir: İrana qarşı sərt sanksiyaların tətbiq edilməsi, Türkiyə və Azərbaycan kimi müsəlman ölkələrinin isə sanksiyalarla hədələnməsi geniş bir amerikan-sionist planının tərkib hissələridir.