Dek 10, 2025 09:29 Asia/Baku

Möctəba Demirçilu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri, Səhər Beynəlxalq Kanalına verdiyi eksklüziv müsahibədə Tehran–Bakı münasibətlərinin son vəziyyəti və ikitərəfli əməkdaşlığın inkişaf imkanları haqqında danışıb.

O, hər iki ölkənin sərhəd bölgələrinin iqtisadi və humanitar əlaqələrin genişləndirilməsindəki roluna toxunaraq bildirib ki, bu bölgələr ticarət və nəqliyyat əməkdaşlığının artırılmasında mühüm hərəkətverici qüvvə ola bilər.

 

Səfir həmçinin Şimal–Cənub nəqliyyat dəhlizinin tamamlanmasını Tehran və Bakı arasında strateji əməkdaşlıq istiqamətlərindən biri kimi qiymətləndirib və əlavə edib ki, nəqliyyat infrastrukturlarının inkişafı regionun beynəlxalq ticarətdəki mövqeyini gücləndirə bilər.

Demirçilu müsahibənin digər hissəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini regional sabitlik və əməkdaşlıq üçün vacib hesab edərək bildirib ki, münaqişələrin davamlı həlli bütün regionda iqtisadi canlanma və təhlükəsizliyin möhkəmlənməsi üçün zəmin yarada bilər.