Ərdəbil vilayətinin valisi iqtisadi heyətlə birlikdə Azərbaycan Respublikasına səfər edib
Məsud İmami əfərdə bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb, müzakirələr aparıb.
Səfər çərçivəsində Ərdəbil valisi Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dəmir Yollarının baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşüb.
Görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi məsələləri müzakirə olunub.Bu səfər çərçivəsində birgə investisiyaların asanlaşdırılması, Parsabada dəmir yolu yük terminalının yaradılması, Ərdəbil dəmir yolu xəttinin Azərbaycanla birləşdirilməsi və Biləsuvar gömrüyündə mövcud maneələrin aradan qaldırılması ilə bağlı razılaşmalar əldə olunub.
Eyni zamanda, Ərdəbil vilayətindən Azərbaycan Respublikasına ixracın artırılması, ikitərəfli səfərlərin davam etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi vurğulanıb.Bu çərçivədə qərara alınıb ki, Azərbaycan Respublikasından bir ticarət heyəti qarşıdakı iki ay ərzində Ərdəbil vilayətinə səfər etsin və birgə əməkdaşlıq, investisiya imkanları və ticarət əlaqələrinin inkişafı məsələləri ətraflı şəkildə araşdırılsın