May 25, 2015 18:16 Asia/Baku
  • "İŞİD" karikatura müsabiqəsi

İlk beynəlxalq "İŞİD" karikatura müsabiqəsinin icra katibi dünyanın 43 ölkəsindən olan karikaturaçıların bu müsabiqəyə qatıldığını bildirib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Məhəmməd Həbibi deyib: İran və digər ölkələrdən olan karikaturaçılar müsabiqədə iştirak üçün 1072 əsər göndəriblər. Hazırda bu karikaturalar arasından seçilmiş nümunələr Tehranın 3 məntəqəsində o cümlədən "Üsvə", "Ərəsbaran" və "Bəhmən" mədəniyyət evlərində nümayiş etdirilməkdədir.
M.Həbibi müsabiqədə iştirak edən əsərlərin keyfiyyəti barədə də deyib: Müsabiqə iki kateqoriyada, karikatura və cizgi əsərləri kateqoriyasında keçirilib. Karikatura kateqoriyasında karikaturaçılar daha çox öz himayələri ilə İŞİD-i müsəlmanların canına salan mənfur simalar və şəxsiyyətlərə diqqət göstəriblər. Cizgi əsərləri kateqoriyasında isə mənfur İŞİD fenomeni mövzular əsasında təqdim olunur.

Teqlər