Terror qruplarının girişi ilə İranın qətiyyətli rəftarı
May 25, 2015 20:37 Asia/Baku
-
Rəhmani-Fəzli
İranın daxili işlər naziri deyib ki, terror qrupunun İran sərhədlərinə yaxınlaşacağı təqdirdə onunla mübarizə üçün lazımi addımlar atılmalıdır.
Səhər kanalının məlumatına görə, Rəhmani-Fəzli qonşu ölkələrdə təkfirçi və terrorçu qrupların iştirakına toxunaraq, deyib: Ölkə sərhədlərinin təhlükəsizliyini artırdıq və hazırda sərhədlərə tam nəzarət edirik.İranın daxili işlər naziri əlavə edib: Terror qrupları ilə mübarizə üçün region ölkələri daha artıq həmkarlıq etməlidirlər.
O, deyib: Amerika daxil olmaqla xarici qüvvələrin daxil olması və iştirakı bu terror qüvvələrinin irəliləyişinə əsla mane ola bilməyibdir, zira xarici qüvvələr daim öz hədəf və maraqlarının ardınca olublar.