Zərif Cenevrədə
May 29, 2015 13:51 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri nüvə müzakirələri çərçivəsində ABŞ dövlət katibi ilə görüşüb, danışıqlar aparmaq üçün Cenevrəyə səfər edib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Yunanıstan rəsmiləri ilə görüşüb, ikitərəfli əlaqələr barədə danışıqlar aparmaq məqsədilə siyasi-iqtisadi bir heyətin başında Afinaya səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Afinanı Cenevrə istiqamətində tərk edib. İran və ABŞ xarici işlər nazirləri şənbə günü Cenevrədə görüşüb, yekun nüvə anlaşması sənədinin hazırlanması prosesi və müzakirələrin perspektivi barədə danışıqlar aparacaqlar.Bu arada İranın xarici işlər nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi də bu gün səhər Vyananı Cenevrə istiqamətində tərk ediblər. Onlar Cenevrədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə birlikdə Amerikalı müzakirə heyəti ilə danışıqlara qatılacaqlar.
Bu arada ABŞ-ın Energetika Nazirliyi bildirib ki, enerji naziri Ernest Muniz də Cenevrə müzakirələrində iştirak edəcək.
İranın xariciişlər naziri dünən Afinada Yunanıstanlı həmkarı ilə birgə mətbuat konfransında bildirdi ki, İran bir neçə minillik tarixi ilə qarşılıqlı hörmət əsasında olmayan heç bir həll yolunu qəbul etməyəcək.
Zərif deyib: Əgər qarşı tərəf Lozanna anlaşmasına hörmət edərsə və özünəməxsus yozmalardan əl çəkərsə, nəticə əldə olunacaq. Yox, əgər tamahkarlıqda israrlı olarsa, anlaşmanın əldə olunması çətin olacaq.