İyun 02, 2015 16:24 Asia/Baku
  • Əxgəri: Sərhədaşırı yayım müqavimət mehvərində fəaliyyət göstərir
    Əxgəri: Sərhədaşırı yayım müqavimət mehvərində fəaliyyət göstərir

İran İslam Respublikası Televiziya və Radio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini deyib: Sərhədaşırı yayım imperializm medialarının boykot etdikləri reallıqları və müqavimət mehvərinin xəbərlərini əks etdirmək istiqamətində fəaliyyət göstərir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini cənab Məhəmməd Əxgəri Livanın əl-Minar televiziyasının direktoru İbrahim Fərhatla Tehranda görüşdə müqavimət mhevərli mediaların müştərək əməkdaşlığının zəruriliyinə toxunaraq əlavə edib: Bu əməkdaşlıqların geniş olması dünyanın ümumi fikri, xüsusilə də Avropa ölkələrinə müsbət təsirlər göstərə bilər.
Əxgəri həmçinin əl-Aləm, Press TV,eləcə də sərhədaşırı bölmənin ərəbcə və Afrika radosunun fəaliyyətləri, habelə əl-Kövsər, İFilm telekanallarında film və serialların istehsal olunması, islam həyatı çərçivəsində müştərək film və serialların çəkilməsi üzrə əməkdaşlığın olunmasını vurğulayıb.
Livanın əl-Minar telekanalının direktoru da Sərhədaşırı yayım bölməsində olması və keçmişdə müştərək əməkdaşlıq təcrübəsinin xoş təəssüratlarını bildirərək deyib: Hal-hazırda müqavimət qrupunun mediaları beynəlxalq imperializm və bəzi region ölkələri, o cümlədən Ərəbistanın təzyiqindədirlər.

Teqlər