İraqda İranın hərbi müşavirlərinin həlak olması xəbəri təkzib olundu
İyun 02, 2015 13:01 Asia/Baku
-
Həsən Danayifər
İranın İraqdakı səfiri bəzi qərb medialarının İraqda İŞİD terror qruplaşmasının hücumlarında İranın 15 hərbi müşavirinin həlak olması barədəki xəbərini təkzib edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın İraqdakı səfiri Həsən Danayifər İRNA ilə müsahibədə İraqda İranın hərbi müşavirlərinin həlak olması xəbərini təkzib edərək deyib: Bu xəbəri yayanlar İranın İraqda müdaxiləsi ilə əlaqədar puç ittihamları və yayındırıcı məsələləri yaymaq ardıncadırlar.Danayifər bildirib: Amerika və qərblilər İŞİD-i məhv etmək ardınca deyillər.
Qərbin bəzi mediaları bazar ertəsi günü bir xəbərdə bildiriblər ki, İranın 15 hərbi müşaviri İraqın əl-Anbar vilayətində İŞİD terror qruplaşmasının hücumunda həlak olub.
Teqlər