"Petroşimi" Azərbaycan velosiped turunun çempionu oldu
İyun 02, 2015 21:52 Asia/Baku
Azərbaycan turu adlanan İranın yarı professional 30-cu beynəlxalq velosiped turu Təbrizin Petroşimi komandasının 71 saat, 41 dəqiqə, 9 saniyə zamanı qeydə alaraq çempion olması ilə sona çatıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəzdin Pişqaman Kəvir komandası 71 saat, 46 dəqiqə, 5 saniyə zamanı qeydə alaraq 2-ci yeri tutub.Təbrizin Şəhrdari komandası isə 71 saat, 52 dəqiqə, 14 saniyə ilə 3-cü yeri tutub.
Fərdi nəticələrə gəldikdə Petroşimi komandasının velosipedçisi Səməd Purseyyidi 1-ci yeri əldə edib. 2-ci yeri Avstraliyanın Serç Turin komandasının idmançısı Tobin Anqos əldə edib. Tomas Anqos yalnız saniyədə Səməd Purseyyidiyə uduzub.
Qazaxıstanın Vinofor Ur komandasının idmançısı Vadim Qaliyev də 2 saat, 36 dəqiqə, 8 saniyə ilə üçüncü yeri tutub.
Azərbaycan turu velosiped yarışı Asiya qitəsində ən etibarlı yarışlardan biri hesab olunur.