Vilayəti: Terror qrupları dünya üçün təhdiddir
İyun 06, 2015 20:17 Asia/Baku
İran İslam Respublikası Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri terror qruplaşmalarını dünya üçün təhdid adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Əkbər Vilayəti şənbə günü BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubişlə Tehranda görüşdə bəzi ölkələrin İraq, Suriya və Livana terrorçuları ezam etmək, onlara təlim keçmək və təchizatlandırmaları ilə bağlı məqsədini insanların qırğını, infrastrukturların məhvi və təfriqə xarakterli planları icra etmək hesab edib və deyib: Şübhəsiz bu terror qruplaşmaları hamiləri üçün təhlükə olacaqdır.İranın İŞİD terror qruplaşmasını dəstəkləyənlərin nəhs məqsədlərini bildiyinə toxunan Vilayəti əlavə edib: Tehran terrorizmlə mübarizə və terrorizm qurbanlarını dəstəkləmək üzrə bütün səylərini göstərəcəkdir.
BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubiş də İŞİD kimi terror qruplaşmaları ilə mübarizədə İranın rolunu önəmli dəyərləndirib və deyib: Terrorizm və radikallıqla mübarizə zəruridir.