İyun 08, 2015 11:24 Asia/Baku
  • Laricani nəsllərin məlumatlandırılmasında İslam din xadimlərinin rolunu vurğulayıb
    Laricani nəsllərin məlumatlandırılmasında İslam din xadimlərinin rolunu vurğulayıb

İran İslam Şurası Məclisinin sədri indiki və gələcək nəsllərin Fələstin amalının unudulması üzrə nəhs fitnələrdən məlumatlandırılmasında İslam din xadimlərinin rolunu yüksək və inkarolunmaz adlandırıb.

Səhər kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani İslam İnqilabının banisinin vəfatının ildönümü günü mərasimində iştirak etmək üçün İrana gəlmiş Fələstin, Livan və Suriyadan olan bir qrup din alimi və Fələstin məsələsi ilə bağlı məsul şəxslə görüşdə İmam Xomeyni(r.ə)-in nəzərdə tutduğu amallara işarə edərək, İslam İnqilabınn əsas hədəflərindən birini, məzlum müsəlmanların, xüsusən Fələstin xalqının himayəsi adlandırıb.
Laicani deyib ki, İran İslam İnqilabının banisinin hədəfi, İslam ümməti arasında birlik yaratmaq və məzlum xalqların, xüsusən Fələstin xalqının sionist rejimin təcavüzləri qarşısında himayəsi olub.
İran İslam Şurası Məclisinin sədri sonra deyib ki, İmam Xomeyni(r.ə)-in hədəf və amalı bu gün İran xalqı yanında və İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirməsi ilə davam etdirilir.
İranın qanunvericilik hakimiyyətinin sədri çıxışının digər bir hissəsində region məsələlərinə toxunaraq, söyləyib: Dünyanın zalım qüvvələrinin məqsədi, İraq, Suriya və Yəmən daxil olmaqla regionun müxtəlif islami ölkələrində təkfirçi və terrorçu qruplar yaratmaq və onları gücləndrimək, eləcə də icrasını sionist rjeimin həyata keçirdiyi dünyanın zalım qüvvələrinin siyasət və hədəfləri ilə mübarizədə müsəlman xalqların enerji və qüdrətini dondurmaqdır.
Laricani regionun dünyanın zalım qüvvələrinin fitnəsindən xilas edilməsinin mötəbər yolunu, islami ölkələrin oyanışı, sionist rejim qarşısında müqavimətin davam etdirilməsi və birliyin qorunması adlandırıb və İran İslam Respublikasının Fələstin xalqının Qüdsü işğal etmiş rejim qarşısında müqavimətini dəstəklədiyini vurğulayıb.

Teqlər