İyun 09, 2015 08:49 Asia/Baku
  • İranlı alimlər hibridli ürək qəfəsi hazırlayıblar
    İranlı alimlər hibridli ürək qəfəsi hazırlayıblar

İki İran alimi xəstə ürək hüceyrələri və metal alyajın tərkibi ilə hibridli ürək qəfəsini hazırlamağa nail olublar.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Amerikanın Kaliforniya Universitetindən doktor Hamid Ülumi və professor Arəş Xərdur hibridli ürək qəfəsini dizayn edə bilmişlər.
Professor Arəş Xərdur deyib: Hibridli ürək qəfəsinin hazırlanmasında yüksək elastikə malik nikkel və titaniumlu alyajdan istifadə olunur ki, xəstənin özündə əkilmiş toxumanın daxilinə yerləşdirilir. Bütün bu proses 3-8 həftə zaman tələb edir.
Tədqiqatçılar gözləyirlər ki, bədən daxilində onların hibridli qəfəsi özünü bərpa edə və sonda xəstənin ürəyinin quruluşu ilə birləşə bilsin. Bu qəfəs xəstənin hüceyrələrindən istifadə olunmaqla zədələnmiş qəfəs üçün əvəzediciyə çevriləcəkdir.
Hazırkı qəfəsin dəyişilməsi seçimləri yalnız tam mexaniki məhsullara və yaxud heyvan toxuması ilə məhduddur. Mexaniki ürək qəfəsləri digər süni qəfəslərlə müqayisədə daha çox davamlıdır. Lakin uzun müddətdə qan laxtaları yarana bilər. Bu isə infarktla nəticələnə bilər.

Teqlər