İranın neft tankeri dəniz quldurlarından xilas edilib
https://azeri.sahartv.ir/news/İran-i194667-İranın_neft_tankeri_dəniz_quldurlarından_xilas_edilib
İran ordusu Dəniz Qoşunlarının 34-cü gəmi qrupu İranın neft tankerini dəniz quldurlarından xilas edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 10:08 Asia/Baku
  • İranın neft tankeri dəniz quldurlarından xilas edilib
    İranın neft tankeri dəniz quldurlarından xilas edilib

İran ordusu Dəniz Qoşunlarının 34-cü gəmi qrupu İranın neft tankerini dəniz quldurlarından xilas edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası ordusunun Dəniz Qoşunları komandanının müavini kontr-admiral Seyid Mahmud Musəvi deyib: 5 iyunda Oman dənizinin cənubunda dəniz quldurlarının bir gəmisi İran tankerinə yaxınlaşmağa cəhd ediblər. Lakin 34-cü gəmi qrupunun vaxtında addım atması ilə dəniz quldurları ərazidən uzaqlaşıblar.
Kontr-admiral Seyid Mahmud Musəvi əlavə edib: 34-cü gəmi qrupuna Buşehr lojistik gəmisi və Əlborz esminesi daxildir və İranın dənizçilik xətləri və İslam Respublikasının beynləxalq sulardakı mənafeyini qorumaq məqsədilə Ədən körfəzi və Babul-Məndəb boğazına daxil olub.
İran ordusu Dəniz Qoşunları komandanının müavini deyib: İranın təxminən 2600 ticarət gəmisi və tankeri Ordunun Dəniz Qoşunları gəmi qrupları tərəfindən müşayiət olunub və dəniz quldurları ilə 286 birbaşa toqquşma halı qeydə alınıb.