İyun 12, 2015 12:50 Asia/Baku
  • İran və Altılığın iclası davam edir
    İran və Altılığın iclası davam edir

İran və 5+1 Qrupunun müavinlər və siyasi baş direktorlar səviyyəsində ümumi ilası bu gün Vyanada keçiriləcək.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Yekun Müştərək Təşəbbüs Proqramının mətninin tənzimlənməsi çərçivəsində Vyanada keçirilən nüvə məsləhətləşmələrinin davamında iran və Altılıq Qrupu heyətləri arasında ikitərəfli və ekspertlər iclas baş tutacaq.
Cümə axşamı günü İran xarici işlər nazirinin müavinləri, ABŞ dövlət katibinin müavini və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini arasında üçtərəfli iclas keçirildi.
Lozanna bəyanatından sonra Yekun Müştərək Təşəbbüs Proqramının mətninin tənzimlənməsi üzrə danışıqların 7-ci turu İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavinləri arasında çərşənbə günündən Vyanada başlanmışdır.
İranın nüvə komandası Seyid Abbas İraqçı başçılığı ilə çərşənbə günü Vyanaya daxil olub.

Teqlər