İyun 12, 2015 13:52 Asia/Baku
  • Nüvə müzakirələrindən casusluq barədə təhqiqat başlayıb
    Nüvə müzakirələrindən casusluq barədə təhqiqat başlayıb

İsveçrə və Avstriya rəsmiləri bildiriblər ki, İranın nüvə müzakirələrindən kibernetik casuslar məsələsi barəsində araşdırma aparırlar.

Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youma istinadla verdiyi məlumata görə, İsveçrənin Baş Prokurorluğu bir bəyanat verərək bildirib: Bu ölkənin təhlükəsizlik qüvvələri 12 mayda Cenevrədə bir mənzildə axtarış aparıb və İranın 5+1 Qrupu ilə nüvə müzakirələrinə ehtimal olunan kibernetik nüfuzla əlaqədar proqramları olan bir kompüteri aşkarlayaraq götürüblər.
Amerikanın Wall Street Journal qəzeti çərşənbə günü sionist rejimin Avropada İran və 5+1 Qrupu arasında nüvə müzakirələri məkanlarından casusluq etməsi barədə xəbər vermişdi.

Teqlər