Ruhani: Nüvə müzakirələrində əldə olunan İran xalqının qələbəsidir
https://azeri.sahartv.ir/news/İran-i194799-ruhani_nüvə_müzakirələrində_əldə_olunan_İran_xalqının_qələbəsidir
İran prezidenti Həsən Ruhani daxili və xarici medialarla mətbuat konfransında nüvə müzakirələrindəki nailiyyətləri İran xalqı üçün böyük qələbə adlandırıb və müqavimət nəticəsində əldə edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 16:01 Asia/Baku
  • Ruhani: Nüvə müzakirələrində əldə olunan İran xalqının qələbəsidir
    Ruhani: Nüvə müzakirələrində əldə olunan İran xalqının qələbəsidir

İran prezidenti Həsən Ruhani daxili və xarici medialarla mətbuat konfransında nüvə müzakirələrindəki nailiyyətləri İran xalqı üçün böyük qələbə adlandırıb və müqavimət nəticəsində əldə edildiyini bildirib.

Səhər kanalının məlumatına görə, prezident deyib: İki il bundan öncə heç kəs- 5+1 və digər Qərb və hətta Şərq qüdrətləri İran torpağında nüvə zənginləşdirməsi haqqına malik olmağı etiraf etmirdilər, amma bu gün bu gün dünyada heç kəs, hətta böyük Qərb qüdrətləri İranın öz torpağında nüvə zənginləşdirməsi haqqına malik olmasında tərəddüd etmir və heç vaxt Nətənz və Fordo nüvə təsisatları bağlanmayacaqdır.
Nüvə sahəsindəki ən böyük nailiyyət qərblilərin bu qanuni haqqı etiraf etmələridir.
O, əlavə edib: Bəlkə də sanksiya barədə sözlər fərqli olub, amma bu gün heç kəs tərəddüd etmir ki, razılaşmanın icrası İrana qarşı sanksiyaların aradan qaldırılması ilə yanaşı olacaq.
İki il bundan öncəyədək bir kəs etiraf etmirdi ki, yekun bir razılaşma ilə BMT-nin bütün zalımcasına qətnamələri aradan götürüləcək. Bizim əldə etdiyimiz şey, İran və İran xalqı üçün böyük qələbə sayılır və İran xalqı müqavimətlə bu zəfəri əldə edib.
İran prezidenti deyib: Sanksiya qanunsuz, qeyri-insani və qeyri-əxlaqidir və bu sanksiya məqsədyönlüdür.
Doktor Ruhani "İran daim vurğulayıbdır ki, təkcə yaxşı razılaşmanı qəbul edəcək; sizcə, hazırda yaxşı razılaşmaya nə qədər qalıbdır?" sualının cavabında deyib: Bütün səylərimiz buna yönəlibdir ki, təyin olunmuş qırmızı xətlərə əsasən, İran xalqının bütün hüquqlarını qoruyub saxlayacaq şərəfli bir razılığa çataq.
Prezident vurğulayıb: Bu gün İranın nəzərdə tutduğu ümumi hüdudlar 5+1 tərəfindən qəbul olunub, amma detallarda hələ çoxlu sayda fikir ayrılığı mövcuddur. Biz müzakirələrdə ciddiyik və vaxtı hədər etmək və ya onu satın almaq ardınca deyilik, amma eyni zamanda özümüzü zamanla məhdudlaşdırmırıq.
İranın icra hakimiyyətinin başçısı əlavə edib: Ölkəmizin müzakirəçiləri ciddi şəkildə quruluş tərəfindən təyin olunmuış xətləri izləyirlər və əgər qarşı tərəf artıqtamahlıq etməzsə, razılaşma əldəolunasıdır.