İyun 19, 2015 09:08 Asia/Baku
  • Əli Laricani yetim uşaqlarla iftar etdi
    Əli Laricani yetim uşaqlarla iftar etdi

İran İslam Şurası Məclisinin sədri mübarək Ramazan ayının ilk günündə yetim uşaqlarla birlikdə iftar edib.

İRİB-nin məlumatına görə İran İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı, mübarək Ramazan ayının ilk iftar süfrəsində yetim uşaqlar ilə bir araya gəlib. Əli Laricani oruc tutan insanların özlərini təkmilləşdirmək yolunda addımladıqlarını deyərək, ümidvarlıq edib ki, yetim uşaqlar da bu mübarək ayda təkamül yolunda addımlasınlar.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: Mübarək Ramazan ayı elə bir aydır ki, ilahi övliyaların dediklərinə görə, insan bu ayda bir mələk kimi olur. Çünki, onun yatması da, nəfəs alması da ibadət sayılır. Bu, mələklərə xas bir xüsusiyyətdir.
Əli Laricani daha sonra yetim uşaqlara xitabən deyib: Siz həmişə bizim ürəyimizdə, qəlbimizdəsiniz və ümidvarıq sizin üçün ən gözəl şəraiti yaratmış olaq.

Teqlər