İraqçı və Təxt Rəvançi 3 Avropa ölkəsinin nümayəndələri ilə görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i195013-İraqçı_və_təxt_rəvançi_3_avropa_ölkəsinin_nümayəndələri_ilə_görüşüblər
İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Fransa, İngiltərə və Almaniya nümayəndələrii ilə Vyanada, Kuborq otelində görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2015 13:10 Asia/Baku
  • İraqçı və Təxt Rəvançi 3 Avropa ölkəsinin nümayəndələri ilə görüşüblər
    İraqçı və Təxt Rəvançi 3 Avropa ölkəsinin nümayəndələri ilə görüşüblər

İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Fransa, İngiltərə və Almaniya nümayəndələrii ilə Vyanada, Kuborq otelində görüşüblər.

İRİB-nin Vyanadan verdiyi məlumata görə, bu iclasdan öncə İran xarici işlər nazirinin müavinləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşüblər.
Yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə müzakirələrin 8-ci dövrü İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi habelə, 5+1 qrupunu təmsil edən Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin nümayəndəsi Helqa Şmidtin iştirakı ilə çərşənbə günündən etibarən Vyanada start götürüb. Bundan öncə İran xarici işlər nazirinin müavinləri ABŞ dövlət katibinin müavini Helqa Şmidt ilə görüşərək, növbəti müzakirələr barədə danışıqlar aparıblar.