İranın nüvə müzakirə heyəti Lüksemburqda Moqerini və 3 avropalı nazir ilə danışıqlar aparacaq
https://azeri.sahartv.ir/news/İran-i195018-İranın_nüvə_müzakirə_heyəti_lüksemburqda_moqerini_və_3_avropalı_nazir_ilə_danışıqlar_aparacaq
İranın nüvə müzakirə heyəti xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və 3 avropalı nazir ilə görüşüb, danışıqlar aparmaq üçün bazar ertəsi günü Lüksemburqa səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2015 03:59 Asia/Baku
  • İran xarici işlər naziri Lüksemburqa gedir
    İran xarici işlər naziri Lüksemburqa gedir

İranın nüvə müzakirə heyəti xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və 3 avropalı nazir ilə görüşüb, danışıqlar aparmaq üçün bazar ertəsi günü Lüksemburqa səfər edəcək.

İRNA-nın məlumatına görə, bundan öncə bildirilmişdi ki, Zərif bazar ertəsi günü AB-nin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşüb, danışıqlar aparacaq. Amma, görüşün hansı şəhərdə baş tutacağının elan olunmadığı bildirilmişdi. Avropalı nazirlərin AB-nin Xarici İşlər Şurası iclasında iştirak etmək üçün Lüksemburqda olmalarını nəzərə alaraq, Zərif və onun avropalı həmkarları arasındakı görüş üçün də elə bu şəhər seçilib.
Yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə müzakirələrin 8-ci dövründə iştirak etmək üçün çərşənbə günündən Vyanada olan müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Lüksemburq danışıqlarında İranın xarici işlər nazirini müşayiət edəcəklər.