İyun 26, 2015 10:34 Asia/Baku
  • İran və Rusiya müzakirəçiləri nüvə işi barədə danışıblar
    İran və Rusiya müzakirəçiləri nüvə işi barədə danışıblar

İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi cümə axşamı Vyanada rusiyalı həmkarları Sergey Ryabkov ilə görüşüb, danışıqlar aparıblar.

İRNA-nın Vyanadan verdiyi məlumata görə, bu görüş İranın xarici işlər naziri müavinlərinin Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Helqa Şmidt və ABŞ dövlət katibinin müavini Vendi Şerman ilə olan görüşlərindən bir saat sonra baş tutub.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 5+1 qrupuna üzv digər ölkələrin xarici işlər nazirlərinin müavinləri ilə birlikdə ötən həftənin sonlarında Vyanaya səfər etmişdi. Bu səfər zamanı nümayəndə heyətləri arasında nüvə işi ilə bağlı iki və birneçə tərəfli görüşlər həyata keçirmişdilər. Həmçinin, 5+1 qrupu daxili bir iclas təşkil edərək, öz mövqelərini koordinasiya etmişdi.
Rusiyanın baş nüvə müzakirəçisi Vyanaya səfər etməzdən öncə demişdi ki, yekun anlaşma sənədinin 90%-i artıq İran və 5+1 qrupu arasında razılaşdırılıb.
İran xarici işlər naziri və ABŞ dövlət katibinin də şənbə günü Vyanada nüvə müzakirələrinə qatılacağı gözlənilir.
İran xarici işlər nazirinin müavinləri İraqçı və Rəvançi ötən həftənin çərşənbə günündən yekun anlaşma sənədinin hazırlanması üçün Vyanadadırlar.
İran və 5+1 qrupunun ekspert heyətləri arasındakı müzakirələr isə fasiləsiz olaraq Vyanada, Kuborq otelində davam etidirilir. İranın ekspert heyətinə Həmid Bəidinejad başçılıq edir.

Teqlər