İyun 26, 2015 15:52 Asia/Baku
  • Tehranın cümə namazı xətibi İrana qarşı sanksiyaların ləğv edilməli olduğunu bildirib
    Tehranın cümə namazı xətibi İrana qarşı sanksiyaların ləğv edilməli olduğunu bildirib

Höccətülislam vəlmüslimin Kazım Sədiqi İrana qarşı sanksiyaların dondurulmalı deyil, ləğv edilməli olduğunu bildirib.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi yekun anlaşmanın əldə edilməsi üçün təyin olunmuş möhlətin başa çatmasına qalan günlər ərzində İran ilə 5+1 qrupu arasında nüvə müzakirələrinin davam edəcəyinə işarə edərək, deyib: Sanksiyalar İranı təslim olmağa məcbur edə bilməz. Buna görə də İran müzakirələrdə tam qətiyyətli formada iştirak edir.
Höccətülislam vəlmüslimin Kazım Sədiqi İslam İnqilabının Böyük Rəhbərinin nüvə müzakirələri ilə bağlı son bəyanatlarına işarə edərək, deyib: İnqilab Rəhbərinin bəyanatları ölkə rəsmilərini ruhlandırmış oldu və ölkə rəsmilərinin mövqelərinin bir-birinə daha artıq yaxınlaşmasına kömək etdi.
Tehranın müvəqqəti imam cüməsi əlavə edib: İran xalqı zülmü qəbul etmir və bəzi ölkələr kimi hegemonçu dövlətlərin bütün istəklərinə boyun əyə bilməz.
Höccətülislam vəlmüslimin Kazım Sədiqi daha sonra deyib: İran nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə sahəsində nə qədər güclü mövqeyə malik olarsa, müzakirələrdə də bir o qədər qətiyyətli çıxış edə bilər. Lakin, əgər geriyə addım atarsa, məğlub olacaq. Buna görə də bilmək lazımdır ki, düşmənə etibar etmək olmaz.
Tehranın cümə namazı xətibi nüvə elmi və texnologiyası sahəsində araşdırmaların aparılmasını İranın qırmızı xətlərindən adlandırıb və deyib: iqtisadi , maliyyə və bank sektoruna aid bütün sanksiyalar BMT TŞ, ABŞ dövləti və ya ABŞ Konqresi tərəfindən tətbiq edilməsindən asılı olmayaraq, anlaşma sənədinin imzalandığı an dərhal ləğv edilməlidir.
Höccətülislam vəlmüslimin Kazım Sədiqi öhdəliklərin icrasının AEBA-nın təsdiqi ilə şərtləndirilməsini də rədd edib və deyib: AEBA hegemonçu qüdrətlərin ixtiyarında olan bir qrumdur.
Tehranın cümə namazı xətibi həmçini, mübarək Ramazan ayının gəlib çatmasını nəzərə alaraq, deyib: bu ay ilahi ziyafət ayıdır, son dərəcə böyük fəzilətə malikdir.

Teqlər