Küveytdəki terraktda 2 iranlı şəhid olub
İyun 27, 2015 16:13 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Küveytin İmam Sadiq (ə) məscidinə qarşı terror aktı nəticəsində bu ölkədə yaşayan iranlılardan 2 nəfərin şəhid olduğunu təsdiqləyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran XİN sözçüsü Mərziyyə Əfxəm deyib: İran İslam Respublikasının Küveytdəki səfirliyinin təsdiqinə əsasən İmam Sadiq (ə) məscidinə qarşı terror aktında iki iranlının həlak olması doğrudur.Cümə günü Küveytdə İmam Sadiq (ə) məscidinə qarşı terror hücumundan sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Küveyt baş nazirinin müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Həməd əl-Sabahla telefon əlaqəsində bu ölkə xalqı və dövlətinin dərdinə şərik çıxaraq regionda terrorun kökünü məhv etmək üçün kollektiv əməkdaşlığın vacibliyini vurğulayıb.