İran Sərhədsiz Həkimlər Təşkilatı ilə əməkdaşlığı genişləndirməyə hazırdır
İyun 27, 2015 19:38 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İranın Sərhədsiz Həkimlər Təşkilatı ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əladəddin Brucerdi Fransanın Sərhədsiz Həkimlət Təşkilatının baş katibi Megiditiç Terzanla görüşdə bu təşkilatın böhranlı bölgələrə yardım çatdırmaq üzrə fəaliyyətlərini alqışlayaraq deyib: İran Sərhədsiz Həkimlər Təşkilatı ilə dünyanın müxtəlif yerlərində əməkdaşlıqlarını genişləndirməyə hazırdır.Bölgədəki mövcud böhranların davam etməsindən təəssüfləndiyini bildirən Brucerdi əlavə edib: Həmişə insan haqlarının iddiasında olan beynəlxalq qüdrətlərin siyasəti dünyanın bir çox yerində bu böhranın davam etməsinin əsas səbəbidir.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: Sərhədsiz Həkimlər Təşkilatı siyasi motiv olmadan humanist məqsədlərlə yardımların çatdırılmasında insanların etimadını qazanmağa çalışmalıdır.
Fransanın Sərhədsiz Həkimlət Təşkilatının baş katibi Megiditiç Terzan da İran İslam Respublikasının bu təşkilatın humanitar proqramlarında əməkdaşlıq etməsini alqışlayaraq bildirib: Bu, regionun digər ölkələri üçün münasib örnək ola bilər.