İyun 29, 2015 17:08 Asia/Baku
  • İŞİD və münafiqlər eyni yerdən qaynaqlanırlar
    İŞİD və münafiqlər eyni yerdən qaynaqlanırlar

Terrorçu münafiqlər qaragüruhunun ondan ayrılmış üzvü deyib ki, İŞİD və münafiqlər eyni yerdən qaynaqlanırlar.

IRNA-nın məlumatına görə, terrorçu münafiqlər qaragüruhunun ondan ayrılmış üzvü İbrahim Xodabənde bu gün Tehranda keçirilən "Münafiqlərdən İŞİD-ə qədər" adlı dəyirmi masada İŞİD və münafiqlərin bir mənbədən qaynaqlandıqlarını bildirərək, deyib: Əgər İran xalqı münafiqlər qarşısında müqavimət göstərməsəydi və İranın kəşfiyyat-təhlükəsizlik qüvvələrinin qüdrəti olmasaydı, İranın qərbində də bu gün Suriya və İraqda şahidi olduğumuz hadisələr baş verərdi.
Xodabənde əlavə edib: Münafiqlərdə və İŞİD-də cəzbetmə üsulları, zorakılıqdan maksimum istifadə, şəxslərlə əlaqələrin tənzim edilməsi və başçının davamçılarla əlaqə tərzi kimi xüsusiyyətlər mövcuddur.
Terrorçu münafiqlər qaragüruhunun ondan ayrılmış üzvü həmçinin qeyd edib ki, İŞİD və Əlnusrə terror qrupları şiəfobiya ilə şəxsləri özlərinə cəzb edir və sonra firqəvi zehni nəzarət və izolə etmək yolu ilə onları qoruyub saxlayırlar.

Teqlər